Logo

BMU-da “PAŞA Bank Kuboku V” proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçiriləcək

23.08.2023 18:04 382 baxış
IMG

Cari ilin 26 avqust tarixində Bakı Mühəndislik Universitetində (BMU) ölkədə informasiya texnologiyaları (İT) sahəsinin inkişafına dəstək verilməsi, bu istiqamət üzrə təhsil alan gənclərin, eləcə də İT sahəsində fəaliyyət göstərən peşəkar kadrların potensialının üzə çıxarılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “PAŞA Bank Kuboku V” (“PASHA Bank Cup V”) proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, “PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən artıq beşinci dəfədir təşkil olunan müsabiqəyə müxtəlif yaş qruplarına aid iştirakçılar, o cümlədən məktəblilər, tələbələr və peşəkar proqramçılar qoşularaq, proqramlaşdırma və alqoritmik biliklərini sınayacaqlar.

Məlumat üçün bildirək ki, beş mərhələdən ibarət olan müsabiqənin ilk dörd mərhələsi (I mərhələ: verilənlər strukturları; II mərhələ: axtarış və çeşidləmə; III mərhələ: “tamahkar” alqoritmlər, dinamik proqramlaşdırma; IV mərhələ: qraflar nəzəriyyəsi mövzularında) onlayn keçirilib.

Onlayn keçirilmiş ilk dörd mərhələdə yüksək nəticələr göstərmiş 46 iştirakçı finala vəsiqə qazanıb və müsabiqənin final mərhələsində 15 şagird, 11 tələbə, İT sahəsi üzrə 10 peşəkar və 10 PAŞA Bank mühəndisi iştirak edəcək. Müsabiqənin nəticələrinə görə 4 kateqoriya (şagird, tələbə, peşəkar, PAŞA Bank mühəndisləri) üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılacaq.

Xəbər lenti