Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin III kurs tələbəsi, Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Talib Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında II yerin qalibi olub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Bildirilib ki, bu dəfə T.Zeynalov 2 gümüş medal qazanıb.
İdmançı +107 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (160 kq) və ümumi çəkiyə görə (307 kq) buna nail olub.