Logo

FAO-nun Azərbaycandakı Ofisinin yeni təyin olunan rəhbəri ADAU-ya səfər edib - FOTO

24.08.2023 22:02 171 baxış
IMG

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yeni təyin olunan rəhbəri Muhammad Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Bu barədə "Tehsil.biz*ə ADAU-dan bildirilib.

Qonaqlarla görüşən universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov ADAU-nun maddi-texniki bazası, beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında məlumat verib. O bildirib ki, bu il universitetin 100-dən çox tələbəsi Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrinə təhsil almaq üçün göndəriliblər. FAO ilə birgə həyata keçirilən layihələr barədə məlumat verən Z. Qurbanov mövcud əməkdaşlığın daha sıx şəkildə davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Muhammad Nasar Hayat Aqrar Universitetdə olmaqdan məmnun olduğunu bildirib. O deyib ki, bu ali təhsil ocağına ilk səfəri olmasına baxmayaraq təəssüratları yüksək səviyyədədir.

Görüş çərçivəsində əməkdaşlıq perspektivləri, mütəxəssis mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə edilib.

Sonda qonaqlar Universitetin müasir laboratoriyalarına, Tələbə parkına, Tələbə evlərinə və heyvandarlıq təsərrüfatlarına baş çəkiblər.

Xəbər lenti