Logo

Allahşükür Paşazadə Belçika XİN rəhbəri ilə görüşüb - FOTO

25.08.2023 13:15 182 baxış
IMG

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ilə birlikdə ölkəmizdə səfərdə olan Belçika Krallığının Xarici İşlər naziri Hadja Labibini onun öz xahişi ilə qəbul edib.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə QMİ sədri fəaliyyətləri ilə dindən siyasi məqsədlər üçün sui-istifadə olunmasına yol verməmək yönündə səy göstərdiklərini qeyd edib. Bildirib ki, siyasilərin bu istiqamətdə əməllərinin olduqca fəsadlı nəticələri dünya ictimaiyyətini narahat edir: "Dünya ictimaiyyəti, siyasilər, beynəlxalq təşkilatlar bu reallıqlara, azad olunmuş ərazilərimizə səfərlər zamanı öz gözləri ilə müşahidə etdikləri həqiqətlərə obyektiv yanaşma sərgiləməli, bəşəri ədalət mövqeyindən yanaşmalıdırlar. Etnik təmizləmə, soyqırımı kimi bəşəri cinayətlərin dünyanın heç bir nöqtəsində bir daha təkrarlanmaması üçün, insan faciələrinin bir daha baş verməməsi üçün İlahi və insani ədalətin bərqərarı, subyektiv deyil, obyektiv qiymətləndirmə, dünya ictimaiyyətinin qətiyyətli qınağı olduqca vacibdir. İndi erməni kilsəsi revanşizm çağırışlarının önündə gedir, istər Eçmiədzin, istər də Kilikiya erməni kilsəsinin rəhbərləri erməni xalqını yenidən müharibəyə ruhlandırırlar, Ümumdünya Kilsələr Şurası platformasında xristian təəssübkeşliyindən sui-istifadə edərək anti-Azərbaycan xarakterli sənədlər qəbul etdirmək üçün səy göstərirlər. Kilsənin fəaliyyətinin siyasiləşməsi Ermənistan-Azərbaycan arasında sülhün imzalanmasına mane olur və Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləyir. Qarabağda yaşayan ermənilərin də tolerant Azərbaycanın multikultural cəmiyyətində öz layiqli yerini tutmasına Azərbaycan dövləti qarantdır".

Belçikalı nazir H.Labib Azərbaycanda müxtəlif dini mənsubiyyətli insanların belə bir harmoniya şəraitində birgə yaşamalarını müşahidə etməkdən məmnun olduğunu bildirib. Fərqli dini mənsubiyyət daşıyıcılarının belə bir mühitdə bir araya gəlməsində Şeyxülislamın dəst-xəttinin olduğunu vurğulayan belçikalı nazir Cənubi Qafqazda sülhün əldə olunması üçün bu potensialdan istifadə olunmasının, dini liderlərin fəallıqlarını daha da artırmasının vacib olduğunu qeyd edib.

Allahşükür Paşazadə Belçika XİN rəhbəri ilə görüşüb - FOTO

Xəbər lenti