Logo

lll qrup üzrə qəbul imtahanlarında 2204 nəfər 500 baldan yuxarı nəticə göstərib

25.08.2023 22:12 292 baxış
IMG

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında üçüncü ixtisas qrupunun DT altqrupunda 2097, TC altqrupunda isə 107 nəfər olmaqla Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 2204 abituriyent 500-dən çox bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il III qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Xəbər lenti