Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirilib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanda 92 nəfər iştirak edib.
Rəqəmsal SAT imtahanı 2023-cü il avqustun 26-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
Növbəti rəqəmsal SAT imtahanının 2023-cü il oktyabrın 7-də keçirilməsi nəzərdə tutulur.
Faydalı keçidlər:
Rəqəmsal SAT barədə DİM-in rəsmi internet səhifəsində ətraflı məlumat: https://dim.gov.az/news/10247/?sphrase_id=1322774
Rəqəmsal SAT barədə “College Board”un rəsmi internet səhifəsində ətraflı məlumat: https://satsuite.collegeboard.org/digital
Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: [email protected]