Logo

YTP əməkdaşları Avropa İttifaqının maarifləndirmə sessiyasında iştirak ediblər

28.08.2023 12:42 206 baxış
IMG

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin müdiri Bünyamin Seyidov və Biznesin inkişafı və rezidentlərlə iş şöbəsinin aparıcı mütəxəssisi Ruslan Yusifov Avropa İttifaqının “EU4Digital” layihəsi çərçivəsində “Şərq Tərəfdaşlığı” ölkələrində yüksək effektiv inkubasiyanın inkişafında özəl sektorun rolu” mövzusunda keçirilən maarifləndirmə sessiyasında iştirak ediblər.

YTP-dən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə yüksək performanslı inkubasiya və özəl sektorla startaplar arasında əlaqələr, onların cari bazar ehtiyaclarına istiqamətlənmələrinə dair təqdimatlar olub.

Sessiya çərçivəsində YTP əməkdaşları “Şərq Tərəfdaşlığı” ölkələrini təmsil edən təşkilatların ən yaxşı təcrübələrinin mübadiləsi üçün təşkil olunan müzakirələrə də qoşulublar.

Xəbər lenti