Heydər Əliyev adına Hərbi İnstitutun nəzdində orta ixtisas təhsili pilləsi (subbakalavr) üzrə təşkil olunan “Gizir hazırlığı kursu”na plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Sənəd qəbulunda cari ildə keçirilən buraxılış imtahanında (qəbul imtahanın birinci mərhələsində) 50 və daha çox bal toplayan, 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Abituriyentlər avqustun 29-dan sentyabrın 5-dək Heydər Əliyev adına Hərbi İnstituta (Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi) müraciət edə bilərlər.