Logo

İnformasiya təhlükəsizliyi sahəsində xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq genişləndiriləcək

28.08.2023 19:01 283 baxış
IMG

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsinə, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, beynəlxalq seminar və konfranslarda iştirakın təmin edilməsinə təşkilati dəstək veriləcək.

Tehsil.biz xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.

Strategiyaya əsasən, Elm və Təhsil Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə müntəzəm olaraq, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində xarici ölkələrin qabaqcıl elmi mərkəzlərinin müəyyənləşdirilməsi, birgə elmi-tədqiqat layihələrinə başlanılması və müvafiq sahədə xarici ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsini təmin etməlidir.

Xəbər lenti