Logo

DİM regionlarda dövlət qulluqçuları üçün təlimləri davam etdirir

29.08.2023 15:33 199 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğundan, Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, növbəti təlimlər 28 avqust - 1 sentyabr tarixlərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında təşkil olunacaq.

Qeyd olunan istiqamət üzrə ilk təlim 28 avqust tarixində Quba rayonu icra hakimiyyəti binasında “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında; Qusar rayonu YAP-ın binasında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında; Xaçmaz rayonu Diyarşünaslıq muzeyinin binasında “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib.

Təlim zamanı mövzular çərçivəsində iştirakçılara məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

Xəbər lenti