Logo

Lənkəran-Astara regionunun birincisi Bakı Ali Neft Məktəbini seçir

29.08.2023 16:18 167 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda 683,1 bal toplayaraq Lənkəran-Astara regionu üzrə ən yüksək nəticə göstərən Aytac Abdullayeva SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmaq arzusundadır.

Tehsil.biz xəbər verir ki, Aytac Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

O, buraxılış imtahanında 288,8, I ixtisas qrupu üzrə blok imtahanında 394,3 bal toplayıb.

Aytac BANM-in İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almağı arzulayır. Region birincisi bildirir ki, 8-ci sinifdən Bakı Ali Neft Məktəbinin tələbəsi olmağı qarşısına məqsəd qoyub: “Yüksək bal toplayan abituriyentlərin Bakı Ali Neft Məktəbini seçdikləri barədə məlumatları oxuduqca mən də qarşıma yüksək bal toplamaq və burada təhsil almaq məqsədini qoymuşdum. Burada təhsil alan dostlarım da bu universitet haqqında yüksək fikirlər söyləyir, tövsiyə edirdilər. İlk seçimim Bakı Ali Neft Məktəbidir”.

Xəbər lenti