Logo

Yeni ekspozisiyada Mirzə Fətəli Axundzadənin şəxsi əşyaları nümayiş olunacaq

29.08.2023 19:19 316 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli yazıçı, dramaturq, tənqidçi, filosof, şair, ictimai xadim Mirzə Fətəli Axundzadənin şəxsi əşyaları qorunur. Həmin əşyalar muzeyin yeni ekspozisiyasında nümayiş olunacaq.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

M.F.Axundzadə ədəbiyyatın, maarif və mədəniyyətin, teatr sənətinin inkişafına böyük töhfələr verib. Yeni ekspozisiyada böyük yazıçı və dramaturqun şəxsi əşyaları ilə yanaşı, onun kitabları da yer alır.

Xəbər lenti