Logo

Bakıda “Nürnberq” filminin premyerası olacaq

29.08.2023 21:46 308 baxış
IMG

Sentyabrın 4-də Bakıdakı Rus Evində “Rusiyanın Hərbi Şöhrət Günü” münasibətilə İkinci Dünya müharibəsinə həsr olunan “Nürnberq” filminin premyerası olacaq.

Tehsil.biz xəbər verir ki, bu haqda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Rejissor Nikolay Lebedevin “Nürnberq” filmi (2023-cü il) nasist Almaniyasının elitasının beynəlxalq tribunalın qarşısında çıxdığı və məhkum olunduğu məşhur proses haqqında dünya kinematoqrafında ilk bədii filmdir. Filmdə müxtəlif ölkələrdən aktyorlar iştirak edirlər, lakin baş rollarda Rusiyanın kino ulduzları çəkiliblər, onların arasında Sergey Bezrukov, Lyubov Aksenova, Yevqeni Mironov, İqor Petrenko var.

Filmin nümayişi çərçivəsində “Nürnberq prosesi: Moskvadan baxış” adlı tarixi-sənədli sərginin açılışı olacaq, sərgi və filmin nümayişinə hüquqlar “Aleksandr Peçerskinin xatirə Fondu” qeyri-kommersiya təşkilatı tərəfindən təqdim olunub.

Film Rus Evində (Üzeyir Hacıbəyli küçəsi, 77b) saat 20:00-da nümayiş etdiriləcək.

Xəbər lenti