Logo

Peşə təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır

30.08.2023 12:34 231 baxış
IMG

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər üçün sənəd qəbulu bu gün saat 17:00-da başa çatacaq.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəbulun birinci mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində bu gün saat 17:00-dək qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xəbər lenti