Logo

Payız semestrində təhsil krediti almaq üçün 3 342 tələbə müraciət edib

30.08.2023 14:39 212 baxış
IMG

2023-2024-cü tədris ilinin payız semestrində təhsil tələbə krediti almaq üçün bu günə qədər 3 342 tələbə müraciət edib.

Bu barədə "Tehsil.biz"ə Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 1 712 nəfərə kredit verilib. Onlardan 523-ü sosial, 1 189-u isə standart təhsil kreditidir.

Qeyd edək ki, müraciət edənlərdən 168-nə imtina verilib.

Xəbər lenti