Logo

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

30.08.2023 18:57 246 baxış
IMG

Sentyabrın 1-dən 15-dək Naxçıvanda məktəbli yarmarkaları keçiriləcək.

Bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Yarmarka Naxçıvan şəhəri Heydə Əliyev prospektindəki Kitab Evində, həmçinin rayon mərkəzlərində hər gün saat 9:00-dan 14:00-dək olmaqla Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə baş tutacaq.

Yarmarkada əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

"Bütün valideynləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün yarmarkalara dəvət edirik", - nazirlikdən bildirilib.

Xəbər lenti