Logo

DİM və dövlət orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib

30.08.2023 22:05 243 baxış
IMG

30 avqust 2023-cü il tarixində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində “Karyera planlaması” mövzusunda Dövlət İmtahan Mərkəzi (DİM) və dövlət orqanlarının nümayəndələri olmaqla ümumilikdə 30 nəfərin iştirak etdiyi təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimin məqsədi dövlət orqanlarında karyera planlaması və idarəedilməsinin yüksək səviyyədə təşkil olunması üzrə iştirakçılara müasir üsul və metodlarları təqdim etmək, həmçinin bu prosesi peşəkar həyata keçirməkdə dəstək olmaq olub.

Təlim zamanı layihənin eksperti Gülzar Quliyeva tərəfindən təşkilatdaxili əməkdaşların karyera planlamasının təşkili, karyera planlamasının təşkilata faydaları, şəxsi karyera planlamasını əhatə edən təqdimatlar nümayiş olunub və iştirakçılarla bu mövzular ətrafında geniş müzakirələr aparılıb.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.

Xəbər lenti