Alman Akademik Mübadilə Xidməti (DAAD) “Go East Summer Schools 2024” proqramı çərçivəsində Şərqi-Mərkəzi, Cənub-Şərqi, Şərqi Avropa və MDB dövlətlərindən olan almandilli tələbələrə Almaniyada yay məktəblərində iştirak etmək üçün təqaüdlər verir.
Bu barədə "Tehsil.biz"ə Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.
Tələbələr ərizələrini noyabrın 10-dək DAAD-a təqdim edə bilərlər.
Tələbələrdən aşağıda qeyd olunanlara diqqət etmələri xahiş olunur: sözügedən proqrama ard-arda bir neçə il müraciət edilə bilər; səyahət, viza, yaşayış yeri proqram tərəfindən qarşılanmır; iştirak xərclərinin ödənilməsi üçün maksimum məbləğ 650 avro olmalıdır; ərizədə göstərilən bu iştirak haqqı mədəni proqramların və ekskursiyaların xərclərini əhatə etməlidir (yemək bura daxil deyil);
DAAD qismən təqaüdlər təklif edir.
Əlavə məlumat linkdə yerləşdirilib.