Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının iclası keçirilib. Tədbirdə bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni şanlı tarixinin növbəti səhifəsi yazılır. Qeyd edilib ki, mənfur düşmənin heç bir insanlığa sığmayan təcavüzkar əməllərinə, mülki əhalimizə qarşı müxtəlif cinayətlər törətməsinə baxmayaraq, Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurur, uğurla irəliyə gedərək əzəli torpaqlarımızı işğaldan azad edir. Tədbir iştirakçıları bundan sonra da Azərbaycan Ordusunun öz missiyasını uğurla icra edəcəyini, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əmin olduğunu vurğulayıblar.