Logo

Sertifikatlaşdırma imtahanı izlənilib - FOTO

31.08.2023 17:20 137 baxış
IMG

Avqustun 31-də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunublar.

Tehsil.biz xəbər verir ki, test imtahanının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə imtahanın keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.

Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib ki, ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarının ilk seansında 1 172 müəllim iştirak edir. Həsən Həsənli xatırladıb ki,  “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliyə əsasən pedaqoji staj tələbi 5 ildən 3 ilə endirilib, eyni zamanda 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırılma prosesində iştirakı könüllü şəkildə olub.

Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti