Logo

Şəkidə “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib - FOTO

31.08.2023 21:20 179 baxış
IMG

Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Qoruğun inzibati binasında “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildiirlib.

Tədbiri giriş sözü ilə açan Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisindən, bu istiqamətdə atdığı addımlardan bəhs edib.

Daha sonra Qoruğun elmi işçisi Zəminə Rəsulova “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzə ilə çıxış edərək Ulu Öndərin Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, mədəniyyətin inkişafına da xüsusi diqqət yetirdiyini bildirib. O, dahi liderin Azərbaycan dilinin dövlət səviyyəsinə qaldırılması və dilin saflığının qorunması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Tədbirdə Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Ana dili və milli kimlik” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi doğma dilimizin tarixi inkişaf prosesindən, milli kimliyin formalaşmasında dilin rolundan və əhəmiyyətindən danışıb.

Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktor müavini Vasif Paşayev “Azərbaycan Şumer mədəni əlaqələri” adlı məruzəsində qədim Şumer dilində olan sözlərin Azərbaycan türkcəsində olan sözlərlə müqayisəli təhlilini verib.

“Tarixşünaslıqda Alban dili və əlifbası məsələsi” adlı məruzə ilə çıxış edən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi katibi Elşən Abdurahmanov isə Alban əlifbası ilə yazılan kitabələr, artefaktlar, Alban dili və əlifbasının sıradan çıxma səbəbləri haqqında ətraflı məlumat verib.

Xəbər lenti