Logo

Biləsuvarda məktəbin bir sinfində oxuyan şagirdlər 100 faizlik nəticə göstəriblər

01.09.2023 09:30 174 baxış
IMG

Biləsuvarda məktəbin bir sinfində oxuyan şagirdlər 100 faizlik nəticə göstəriblər.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

Onlardan bir nəfəri Azərbaycan Dillər Universitetinə, bir nəfəri Bakı Slavyan Universitetinə, beş nəfəri Bakı Dövlət Universitetinə, bir nəfəri Xəzər Universitetinə, beş nəfəri Lənkəran Dövlət Universitetinə, üç nəfəri Dövlət İqtisad Universitetinə, bir nəfəri İdarəçilik Akademiyasına, bir nəfəri Azərbaycan Dövlət Pedaqoji Universitetinə və bir nəfəri Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olub.

Xəbər lenti