Logo

Şəki Regional Elmi Mərkəzinin nailiyyətləri davam edir

01.09.2023 14:00 138 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdovanın “Azərbaycan və Şimali Amerika hindu folkloru” adlı kitabı Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində yerləşən Sabahattin Zaim Universitetinin kitabxanasının elektron kataloqunda yerləşdirilib.

Tehsil.biz xəbər verir ki, 2018-ci ildə çap edilərək elmi ictimaiyyətə təqdim olunan tədqiqat əsəri müəllifin uzun illər ərzində apardığı araşdırmaların nəticəsidir.

Kitabda Azərbaycan Türk-Oğuz folkloru ilə Şimali Amerika hindu folkloru arasında maraqlı müqayisəli təhlillər aparılıb, hər iki xalqın folklor nümunələrinin oxşar və fərqli xüsusiyyətləri tədqiq edilib.

Xəbər lenti