Logo

Moskva Dövlət Universitetinin Bakı filialı baş mühasib vəzifəsinə işə qəbul elan edir

01.09.2023 17:43 269 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı baş mühasib vəzifəsinə işə qəbul elan edir.

Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib.

İş barədə məlumat:

∙ Əməkdaşların və ezamiyyətə gələn mütəxəssislərin əməkhaqlarının və ödənişlərinin hesablanması;

∙ Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun təşkili, iş və xidmətlərin yerinə yetirilməsi;

∙ Dövlət büdcəsi ilə hesablaşmalar, öhdəliklərin vaxtında ödənilməsi;

∙ Bank əməliyyatlarının aparılması, ödəmə tapşırıqlarının düzgün tərtib olunması, bank çıxarışlarının sistemə işlənməsi;

∙ Aylıq və gündəlik daxili hesabatların, yuxarı təşkilatların, vergi və DSMF hesabatlarının hazırlanmasında iştirak və nəzarət edilməsi;

∙ Debitor və kreditorlarla hesablaşmalar, ödənişlər, aylıq üzləşmə AKT-larının tərtibi və nəzarəti;

∙ Vergi və audit yoxlamaları zamanı məlumatları düzgün və dolğun formada təqdim olunmasını təşkil etmək.

İş qrafiki: 6 günlük

∙ İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; şənbə günü 09:00-15:00

∙ Servislə təmin olunur.

∙ Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

∙ Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

∙ Təhsil: Ali (maliyyə, mühasibat uçotu və audit kimi oxşar ixtisaslar)

∙ Təcrübə: Mühasib kimi minimum 5 il təcrübə (ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcək)

∙ Yaş: 30 – 50

∙ Proqramlar: 1 C və MS Office

∙ Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.

∙ Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzu bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına 2023-cü il sentyabrın 15-dək göndərə bilərlər.

Xəbər lenti