Logo

Bir ailənin ikinci üzvü də Bakı Ali Neft Məktəbini seçdi

01.09.2023 21:27 529 baxış
IMG

Daha bir ailənin ikinci üzvü SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb.

Ali məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu olan Sənani Zeynallı 673,3 bal toplayaraq BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. O, qardaşı ilə eyni ixtisasda  təhsil alacaq.

Sənani BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının II kurs tələbəsi Xaqani Zeynallının qardaşıdır.

Xaqani Zeynallı ötən il 693 bal toplayaraq BANM-ə qəbul olmuşdu və Prezident təqaüdünə layiq görülmüşdü.

Xəbər lenti