Logo

Təhsil Tələbə Krediti Fondunda görüş keçirilib

02.09.2023 11:26 313 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunda ABŞ-nin ölkəmizdəki səfirliyinin əməkdaşları ilə görüş keçirilib.

Fonddan "Tehsil.biz"ə bildirilib ki, görüşdə ödənişsiz “Virtual İngilis dili təhsil proqramı” ilə bağlı müzakirələr edilib. Təhsil sahəsində növbəti birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev, ABŞ-nin ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bill Murad və başqaları iştirak ediblər.

Xəbər lenti