Logo

ADNSU alimlərinin son bir ildə “Scopus” və “Web of Science”də ümumilikdə 350 elmi məqaləsi yer alıb

02.09.2023 13:59 403 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) alimlərinin son bir ildə “Scopus” və “Web of Science” bazalarında yerləşən jurnallarda ümumilikdə 350 elmi məqaləsi dərc olunub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

ADNSU-nun qarşıya qoyulan əsas hədəflərindən biri yüksəkixtisaslı mühəndis kadrlar hazırlamaqla yanaşı, həm də elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərməkdir. Universitetin əməkdaşlarının dünya elmi bazalarında, beynəlxalq jurnallarda yer alan məqalələrinin və onlara olunan istinadların sayı ildən-ilə artır.

Xəbər lenti