Logo

ADNSU-nun bakalavriat səviyyəsinə ilkin mərhələdə 3405 tələbə qəbul olunub

02.09.2023 14:56 458 baxış
IMG

Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul planı ilk mərhələdə 94,45 faiz yerinə yetirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, 2023-2024-cü tədris ilində I ixtisas qrupu üzrə ADNSU üçün ayrılmış 3605 yerdən 3405 yerə tələbə qəbul olunub.

Universitetdə üç dildə - Azərbaycan, ingilis və rus dillərində 30 ixtisas üzrə tədris aparılır. Bunlardan 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib.

Xəbər lenti