Logo

UNEC-də Sənəd Qəbuluna Dəstək Mərkəzi yaradılıb

02.09.2023 18:26 436 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Sənəd Qəbuluna Dəstək Mərkəzi yaradılıb.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət Mərkəz bakalavriat pilləsinə qəbul olan abituriyentlərin sənəd qəbuluna kömək göstərilməsi məqsədilə təşkil edilib.

Mərkəz sentyabrın 5-dən 14-dək fəaliyyət göstərəcək.

Xəbər lenti