Logo

"Facebook” və “Instagram”ın pullu versiyaları təqdim edilə bilər

02.09.2023 20:47 242 baxış
IMG

ABŞ-nin “Meta” şirkəti “Facebook” və “Instagram”ın pullu versiyalarını təqdim edə bilər.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin planları ilə tanış olan mənbələrdən bildirilib.

Ödənişli “Facebook” və “Instagram” istifadəçilərə reklamlara baxmadan sosial şəbəkələrdən istifadə etməyə imkan verəcək.

İlkin olaraq Avropa ölkələri üçün nəzərdə tutulan yeniliyin tam olaraq nə vaxt istifadəyə veriləcəyi və ödənişin nə qədər olacağı hələ məlum deyil.

Xəbər lenti