Logo

Bakıdakı bir neçə məktəbin bir sinfinin bütün şagirdləri tələbə adını qazanıblar

02.09.2023 21:23 336 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir neçə məktəbdə bir sinfin bütün şagirdləri yüz faizlik nəticə göstərərək tələbə adını qazanıblar.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 13, 53, 85, 114, 300, 302, 307 nömrəli tam orta məktəblərin, o cümlədən 220, 299 nömrəli məktəb-liseylərin hər birində bir sinfin bütün şagirdləri ali təhsil müəssisələrinə qəbul olublar.

Bundan əlavə, 287 nömrəli “Zəkalar” liseyinin isə 5 sinfi yüz faiz nəticə göstərib.

Xəbər lenti