Logo

Yuxu haqqında nələri bilirik?

08.10.2020 09:03 705 baxış
IMG

Hər birimiz yatanda müəyyən yuxular görürük.Bəs gorəsən yuxular haqqında nələri bilirik? Bu sualın cavabını bilmək üçün topladığımız maraqlı məlumatları  təqdim edirik.

Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.

Alimlər sübut ediblər ki, ana bətnində belə  insan yuxu görür.

Platona görə, insanın yuxu görən zaman daxili orqanlarının fəaliyyəti daha da artır. Xüsusilə də qaraciyərin fəaliyyəti artır.

3 yaşından 8 yaşınadək uşaqlar böyüklərin görmədiyi qədər qorxulu yuxular görürlər.

Korlar da yuxu görürlər.

Bir insan orta hesabla gecə boyunca 6-8, həftədə 50 və il ərzində 2 600 saatdan çox yuxu yatır. Həyatımızın demək olar ki 21 ilini yuxuda keçiririk. Normal bir insan üçün yuxu miqdarı 8 saatdır, hansı ki, ən azı üçdə biri dərin yuxudur. Dərin yuxu hər 45 dəqiqədən bir özünü yüngül birisi ilə əvəz edən digər röya ilə kəsilir. Röya halındakı yuxu gün ərzində və ya keçmişdə yaşanan fəaliyyətlərin nəticəsində yaranan emosional gərginliyin boşalmasına məsuldur. Bu müddət ərzində beynimiz xatirələri işlək vəziyyətdə tutur və yuxunun ən dərin mərhələsində həm uzun, həm də qısamüddətli xatirələrimiz prosesə qoyularaq saxlanılır.

Psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.

Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Buna səbəb onların yuxularını yadda saxlaya bilməmələridir.

Uilyam Şekspir (1564-1616)  öz sələfləri olan yunan dramaturqları kimi, gördükləri yuxuların əsasında öz əsərlərinin süjet və personajlarını icad edirdi.

Pisixoloqların fikirinə görə, yuxu gün ərzində gördüyümüz və xəyalımızda olan proseslərin cəmləşmiş bir halıdır.

Ancaq gördüyümüz üzlər yuxumuza girə bilər. Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da istənilən qədər üz görə bilərik.

İnsanlar 1915-50-ci illərdə daha çox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu tendensiya dəyişməyə başladı. Mütəxəssislər bunun səbəbini rəngli televizorların istehsalı ilə əlaqələndirirlər.

Yuxu simvolik xarakter daşıyır. Müəyyən bir əşya və hadisə barədə bəhs edən yuxu adətən birbaşa həmin əşya və ya hadisə ilə bağlı olmaya da bilər.

Yuxular arasındakı fasilə orta hesabla 1-2 saatdır.

Heyvanlar da yuxu görürlər. Yuxunun real həyatla əlaqəsi var. Belə ki, radioda musiqi səsləndirilərkən yuxuda konsertdə olduğunuzu görə bilərsiniz.

Kişilər və qadınlar fərqli yuxular görürlər. Kişilər qadınlara nisbətən yuxularında daha aqressiv hisslər keçirirlər.

Elias Howe (1819-1867) tikiş maşını iynəsini yuxuda kəşf edib. Bu zaman o, yuxuda onun üstünə iynə ucuna oxşar nizələrlə hücum edən qorxunc məxluqları görmüşdü.

Yuxu daha çox neqativ emosiyaları önə çəkir. Yuxugörmələrdə ən çox baş verən emosional vəziyyət həyəcandır. Həyəcan  nə qədər şiddətli olursa, oyandıqdan sonra yuxunun xatırlanma və uzun müddət yadda qalma imkanı bir o qədər böyükdür. Orqanizmdə olan narahatlıqlar  həyəcanlı yuxugörmələrə səbəb ola bilir.

Xoruldayarkən yuxu görmək mümkün deyil.

Araşdırmalara görə, yuxuların 18-38 % gələcəklə bağlıdır.

Ən uzun oyaq qalma rekordu 18 gün 21 saat 40 dəqiqədir.

İnsanlar heyvanlarla müqayisədə 3 saat az yatırlar.

Yuxu ilə bağlı bildiyimiz hər şey son 25 ilin nəticəsidir.

Heç bilirdinizmi ki, alma qəhvədən daha çox yuxu gətirir.

İkisahil.com

Xəbər lenti