Logo

Bu gündən ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlanır

04.09.2023 10:41 315 baxış
IMG

Sentyabrın 4-dən ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başlanır.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, ixtisas seçimi sentyabrın 9-dək aparılacaq.

Xatırladaq ki, builki qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub.

Xəbər lenti