Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə 6 sentyabra kimi qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.
Bu barədə "Tehsil.biz"ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Qeyd olunub ki, əgər Yerə istiqamətlənmiş TKA-nın da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının baş vermə ehtimalı var.