Logo

BDU-nun Tələbə Gənclər Təşkilatının üzvləri Şuşada - FOTO

04.09.2023 12:40 339 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər İttifaqının təşkilatçılığı ilə “Şuşa tələbələrin gözü ilə” adlı layihə çərçivəsində ilk səfər reallaşdırılıb.

Tehsil.biz xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin 15-dək üzvü də Şuşa səfərində fəal iştirak edib və aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olub.

Layihənin məqsədi Azərbaycanda təhsil alan istedadlı gənclərin Qarabağa qayıdış prosesində fəal iştirakını təmin etmək, tələbələri Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirməkdir.

Xəbər lenti