Logo

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıblar

04.09.2023 15:20 210 baxış
IMG

Avqustun 28-dən sentyabrın 4-dək Macarıstanın Seged şəhərində keçirilən 35-ci Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, ölkəmizi təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar.

Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sahib Əliyev və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova həvəsləndirici mükafat qazanıblar.

Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən Beynəlxalq İnformatika Olimpiadasında iştirak edirlər. Hazırkı nailiyyətlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş və 11 bürünc medal əldə edilib.

Xəbər lenti