Logo

Türk dünyasının ortaq tarixi-mədəni dəyərlərinə dair konfransa hazırlıq davam edir

04.09.2023 21:16 336 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I Beynəlxalq elmi konfransa hazırlıq davam edir. Tədbir noyabrın 16-dan 17-dək keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, beynəlxalq konfrans “Türk xalqlarının dövlətçilik tarixi ümumtürk tarixi kontekstində”, “Türk dünyası tarixində Azərbaycanın yeri”, “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər”, “Türk dünyası XXI əsrdə: müasir reallıqlar və gələcəyə baxış”, “Türk dövlətlərin əməkdaşlığında yeni mərhələ - Türk Dövlətləri Təşkilatının yaranması və fəaliyyəti”, “Türk xalqlarının ortaq tarixi-mədəni dəyərləri elmi əsərlərdə və bədii ədəbiyyat nümunələrində”, “Vətən müharibəsində qazanılan qələbənin ümumtürk tarixi üçün əhəmiyyəti və nəticələri”, “Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın tarixi maddi-mədəniyyət abidələri və onların bərpası”, “Müstəqillik illərində Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələri” və digər mövzuları əhatə edəcək.

Tezisləri sentyabrın 21-dək təqdim etmək olar. Əlaqə: +99412-538-22-93 (saat 9.00-17.00);

[email protected] [email protected]

Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq.

Xəbər lenti