Logo

İş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak edən müəllimlərin NƏZƏRİNƏ

05.09.2023 10:48 163 baxış
IMG

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində müraciətini təsdiqləmiş namizədlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, müsabiqə müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem üzərindən öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

Xəbər lenti