Logo

BDU-nun TGT üzvləri sertifikatla təltif olunublar - FOTO

05.09.2023 11:20 349 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri VI Robot Olimpiadasının təşkilatçılıq prosesində könüllü kimi fəaliyyət göstəriblər.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, olimpiadanın sonunda BDU-nun TGT üzvləri gənclər və idman naziri Fərid Qayıbov tərəfindən sertifikatlarla təltif ediliblər.

Xatırladaq ki, VI Robot Olimpiadası Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti