Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Mil – Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair sorğu və şikayətlərinə 146-0-6 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.