Logo

ADPU Karamanoğlu Mehmetbey Universiteti ilə memorandum imzalayıb

05.09.2023 17:11 264 baxış
IMG

Sentyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Gavgalı və başqaları iştirak ediblər.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşün əsas məqsədi tanışlıq, mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsi və bu çərçivədə protokolun imzalanması olub. Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında ətraflı məlumat verərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sonda rektorlar universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum və “ERASMUS+ KA1” çərçivəsində müqavilə imzalayıblar.

Xəbər lenti