Logo

UTECA mütəxəssisi “Kürü keçək” yarışmasının qalibi olub

05.09.2023 22:00 321 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin (UTECA) İdman klubunun mütəxəssisi İradə Kərimova qızıl medal qazanıb.

Tehsil.biz xəbər verir ki, İ.Kərimova Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə “Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışının qalibi olub.

O, Kür çayının iki sahili arasında təşkil olunan yarışda 300 metr məsafəni qət edərək yuxarı yaş kateqoriyasında birinci yeri tutub.

Xəbər lenti