Sentyabr ayının 4 və 5-də “Gənc müəllimlər dilimizin keşiyində” layihəsinin Şəki şəhərində təlimləri baş tutub.
Tehsil.biz xəbər verir ki, “Heydər Əliyev ili”nə həsr olunan kiçik qrant müsabiqəsinin qalibi olmuş bu layihənin ikinci təlimləri Şəki şəhərinin ümumi təhsil məktəblərində çalışan gənc Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.
Təlimlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Qeyd edək ki, 3 region üçün nəzərdə tutulmuş layihənin Lənkəran şəhərlərində keçirələcək təlimləri üçün gözləmədə qalmaq lazımdır.