Logo

UNEC-də tələbə təqaüdü sağlam rəqabəti stimullaşdırır

06.09.2023 13:47 427 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr arasında rəqabətin stimullaşdırılmasına xüsusi diqqət verilir. Rəqabət qalibləri hər ay 625 manat (Prezident təqaüdü 275 manat + əlaçı təqaüdü 175 manat + UNEC TOP 15 təqaüdü 175 manat) təqaüd qazana bilərlər.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.

Bildirilib ki, bundan əlavə, 600 və daha yüksək balla UNEC-ə qəbul olan tələbələrə, beynəlxalq və respublika fənn olimpiada qaliblərinə 100 manat təqaüd verilir.

Xəbər lenti