Logo

2023–2024-cü tədris ili üzrə 5 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb

06.09.2023 14:32 200 baxış
IMG

Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqaviləyə uyğun olaraq, 5 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023–2024-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti və Qazaxıstan Milli Aqrar Universitetində təhsil almaq hüququ qazanıblar. Onlardan 3 nəfəri bakalavriat, 2 nəfəri isə magistratura səviyyəsi üzrə iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı ixtisaslarında təhsil alacaq.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan bu il aprelin 30-da dərc edilib.

Xəbər lenti