Logo

ADNSU-da beynəlxalq konfransda iştirak edən tələbələrlə görüş olub

06.09.2023 19:10 364 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərovun ABŞ-ın Hyuston şəhərində Kəşfiyyat Geofizikləri Cəmiyyəti (Society of Exploration Geophysicists) və Amerika Neft Geoloqları Assosiasiyasının (Amnerican Association of Petroleum Geologists - AAPG) ev sahibliyi etdiyi beynəlxalq konfransda iştirak edən “SABAH” qruplarının Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Cavid Əliyev və Çingiz Əsgərli ilə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Görüşdə V.Əskərov beynəlxalq konfransda ölkəmizi və universiteti layiqincə təmsil etdikləri üçün tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, C.Əliyev və Ç.Əsgərli ABŞ-da keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər. Onlar 2022-2023-cü illər üzrə ABŞ Kəşfiyyat Geofizikləri Cəmiyyəti tərəfindən ilin ən yaxşı tələbə bölməsi mükafatına layiq görülüblər.

Xəbər lenti