Logo

AzMİU tələbələri Şuşaya səfər ediblər

07.09.2023 19:54 347 baxış
IMG

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Şuşa tələbələrin gözü ilə" layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 23 tələbəsi Şuşaya səfər edib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, ilk dəfə reallaşan səfərdə tələbələr Şuşa şəhərini gəzib, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Daha sonra "Qarabağın yenidən qurulmasında modern memarlıq üslubunun tətbiqi" mövzusunda panel görüşə qatılıblar.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda təhsil alan istedadlı gənclərin Qarabağa qayıdış prosesində fəal iştirakını təmin etmək, tələbələri Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirmək olub.

Xəbər lenti