Logo

Yüksək Texnologiyalar Parkının və STEPI-nin birgə təşkilatçılığı ilə növbəti onlayn seminar keçirilib

08.09.2023 10:43 146 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə təşkilatçılığı ilə növbəti onlayn seminar keçirilib.

YTP-dən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Koreyanın “DeltaTech” şirkətinin icraçı direktoru Seung-Ho Linin “Əməkdaşlıq profillərinin yaradılması və açıq innovasiya platforması: Hədəf müştərilər və funksionallıq” mövzusunda məruzəsi dinlənilib.

Qeyd edək ki, 2000-ci ildə yaradılmış “Delta Tech” şirkəti sənaye dəyər zəncirinin formalaşması üçün texnologiya kəşfiyyatı, lisenziyalaşdırma, birgə tədqiqat və inkişaf kimi innovasiya vasitəçiliyi xidmətlərini KOB-lara, startaplara və qlobal müəssisələrə təqdim edən aparıcı innovasiya vasitəçilərindən biridir.

Seminar zamanı STEPI ilə YTP-nin birgə icra etdiyi layihə çərçivəsində yaradılan Texnologiyaların Transferi və Kommersiyalaşdırılması Platformasının (TTCP) iş prinsipinə dair müzakirələr aparılıb, Koreyada olan analoji platformaların fəaliyyətləri əsasında bəzi tövsiyələr verilib.

Onlayn seminarlar növbəti 3 həftə ərzində də davam etdiriləcək.

Seung-Ho Li karyerasına KEPCO-dan (Koreya Elektrik Enerjisi Korporasiyası) başlayıb və KITA-da (Korea Beynəlxalq Ticarət Assosiasiyası) beynəlxalq ticarət məsləhətçisi kimi çalışıb. O, Yaponiyada keyfiyyətə nəzarət ixtisasını öyrəndikdən sonra Böyük Britaniyanın Ulster-Belfast Universitetində MBA (Avropa Biznes Tədqiqatı) və aspirantura (Texnologiya marketinqi) üzrə təhsil alıb. Bir müddət tədqiqat və innovasiya siyasəti üzrə məsləhətçi kimi çalışıb. 2010-cu ildən indiyədək “Enterprise Europe Network”un (Avropa Müəssisələr Şəbəkəsi) əsas proqram menecerlərindən biri kimi fəaliyyət göstərir və Koreya ilə Avropa İttifaqı arasında texnologiya əməkdaşlığı üçün vasitəçilik xidmətində dəstək verir.

Xəbər lenti