Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda sentyabrın 29-da Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Sessiyada dilçi alımlər “Cümhuriyyət dövrü türk şeirində “dəniz” konsepti”, “Atatürkün “dil islahatları” və müasir türk dili”, “Cümhuriyyət dövründə dil normaları” və “Cümhuriyyət dövründə yazılan qrammatika kitabları” mövzularında məruzə edəcəklər.