Logo

Distant təhsilin təşkili ilə bağlı metodik vəsait hazırlanıb

09.09.2023 11:16 215 baxış
IMG

Təhsil İnstitutu “Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün distant təhsilin təşkili” adlı metodik vəsait hazırlayıb.

İnstitutdan "Tehsil.boz"ə bildirilib ki, metodik vəsaitin hazırlanmasında əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələrində çalışan pedaqoji heyətə öz fənlərini və yeni məzmunu gələcəkdə tədris etmələri üçün yol göstərmək və tövsiyələr verməkdir.

Vəsait müəllimlərin hazırlıq səviyyələri, yəni onların distant təhsildə rolları, öhdəlikləri, sahib olmalı olduqları bacarıqları özündə əks etdirir. Kitab, həmçinin distant təhsil zamanı fənnin dizayn edilməsi, təhsilalanların fərdi ehtiyaclarının müəyyən olunması, qiymətləndirmənin aparılması, təhsilalanlarla kommunikasiyanın qurulması və s. kimi məsələlərdə müəllimlərə yol göstərir.

Xəbər lenti